İndoneziyada gəmi yandı - 10 ölü

15 Sentyabr 2018 16:09

İndoneziya sahillərində sərnişin gəmisində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər həlak olub.

Qeyd olunur ki, gəmidən 126 nəfəri xilas etmək mümkün olub.

Yanğının hansı səbəbdən başladığı məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az