"Florens" ABŞ-ı vurdu: 5 nəfər ölüb, 100 minlərlə insan çarəsiz qalıb - VİDEO - FOTO

15 Sentyabr 2018 10:39

"Florens" tropik qasırğası dünən ABŞ-ın Şimali Karolina ştatını vurub. Gecə saatlarında isə güclü külək və leysan yağışları Şimali Karolina ilə yanaşı, Cənubi Karolinada sahilboyu daşqınlara səbəb olub.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Milli Qasırğaların Müşahidə Agentliyinin (National Hurricane Center) yaydığı məlumata görə, "Florens" tropik qasırğası Şimali Karolinadakı Raytsvil şəhərindən ölkənin içlərinə doğru sürətlə hərəkət edir.

Uilminqton şəhərində qasırğanın küləyinin sürəti 169 km/saata qədər güclənib.

Dağılan oteldən 70 nəfər təlxiyyə olunub. Sahilboyu bölgəldərdə yaşayan 372 min insan işıqsız qalıb.

"Florens" indi ABŞ-ın cənubuna doğru hərəkət edir.

Leysan yağışlarının və daşqınlarının ən azı bir neçə gün davam edəcəyi, 900 mm yağıntı düşəcəyi gözlənilir.

Şimali Karolinadakı Emerald-Ayl şəhərini 1,92 metr yüksəklikdə su basıb.

Nyu Bern şəhərinin sakinləri təcili təlxiyyə olunublar.

Təlxiyyə ilə Fövqəladə Hallar üzrə Federal Agentliyin (FEMA) əməkdaşları və Milli Qvardiyanın hərbçiləri məşğul olurlar.

Şimali Karolinanın qubrenatoru Roy Kuperin dediyinə görə, "Florens" çox təhlükəlidir. Yerli sakinlər arasında hələlik təxliyyə olunmamış şəxslərə evlərində ən yüksək yerə çıxmaq, 911-ə zəng vurmaq, telefonu açıq saxlamaq və yardım gözləmək tövsiyyə olunub.

Həftənin əvvəlində ABŞ prezidenti Donald Trampın göstərişi ilə Şimali Karlina, Cənubi Karolina və Virciniya ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.

"Florens" ABŞ-ın son 30 ildə üzləşdiyi ən ciddi, təhlükəli tropik qasırğadır.

Son məlumatlara görə, Şimali Karolinada 475 min, Cənubi Karolina ştatında 32 min ev işıqsız qalıb.

Uilminqton şəhərində küləyin aşırdığı böyük vələs ağacı evin üzərinə düşüb. Nəticədə Leşa Mörfi-Conson və onun oğlu Edam həlak olublar.

Arvadı və oğlu həlak olan Lourens Mörfi-Conson isə ağır yaralı vəziyyətdə hospitala aparılıb.

1300 aviareys təxirə salınıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: