ABŞ Malayziya və Tailand şirkətlərinə sanksiya tətbiq edib

14 Sentyabr 2018 21:51

ABŞ Malayziyanın "Mahan Travel and Tourism" və Tailandın "My Aviation Company Ltd" şirkətlərinə qarşı sanksiya tətbiq edib.

Milli.Az Report-a istinadən xəbər verir ki, buna səbəb həmin beynəlxalq kampaniyaların İranın "Mahan Air" aviaşirkəti ilə əməkdaşlıq etməsidir.

ABŞ-ın Maliyyə Nazirliyindən bildiriblər ki, hər iki şirkət oxşar addımlarına görə əvvələr də Birləşmiş Ştatların sanksiyalarına məruz qalıb.

Milli.Az