"Qəbələ" - "Şerif" oyununun vaxtı açıqlandı

14 Sentyabr 2018 18:52

"Qəbələ"nin UEFA Gənclər Liqasında Moldovanın "Şerif" klubu ilə keçiriləcək ilk görüşünün başlama saatı açıqlanıb.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, oktyabrın 3-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı oktyabrın 24-də Tiraspolda olacaq.

Milli.Az