Dədə Ədalətin məzar daşına yazılanlar: “Vəsiyyət etmişdi ki...” - ViDEO - FOTO

14 Sentyabr 2018 18:44

Bu gün Türk dünyasının ustad sənətkarı Aşıq Ədalətin xatirə günüdür. Sabah ustadın qəbirüstə abidəsinin açılış mərasimi olacaq.

Milli.Az yenicag.az-a açıqlama verən aşığın oğlu Hekayət Nəsibov atasını xatırlayaraq kövrəlib:

"Atam həmişə deyirdi ki, məzarım sadə olsun, üstünə bir kəlmə adımı yazın. Aşıq Ədalət böyük ustaddır, təkcə mənim deyil, bir elin-obanın dədəsidir, sənətkarıdır. Biz onun vəsiyyətinə əməl etdik. Eyni zamanda, bu misraları da həkk etdirdik:

Ötəcək əsrlər, keçəcək illər,
Bu sənət sönməyən şan-şöhrətimdir.
Bir zaman deyəcək səndən nəsillər,
Gördüyün qara saz Ədalətindir!

Atımın məzar daşının hazırlanmasında əməyi keçən insanlara - Qazax rayon icra başçısı və Qazax İctimai Birliyinə təşəkkürümü bildirirəm.."

Qəbirüstü abidənin foto və videosunu təqdim edirik:

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Dədə Ədalətin məzar daşına yazılanlar: