Şamaxıda ağır qəza: ölən və yaralanan var

14 Sentyabr 2018 16:57

Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, sentyabrın 13-də saat 12 radələrində Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi "Nissan" və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi "UAZ" markalı avtomobillər toqquşub.

Nəticədə İ.Niyazov hadisə yerində ölüb, xəsarət almış B.İmaməliyev xəstəxanaya yerləşdirilib.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az