Bakıda zavoddan 40 minlik oğurluq edənlər tutuldular

14 Sentyabr 2018 16:30

Avqustun 20-dən sentyabrın 13-dək olan müddətdə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindəki asfalt zavodunun həyətində təmirə saxlanılmış avtomobil və avadanlıqlardan 40.000 manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinənlər paytaxt sakini Əli Piriyev, Abşeron rayon sakinləri Hakim Nuriyev və Mehman Çələbiyev 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar.

Milli.Az