Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha bir sənəd müzakirə edilib

14 Sentyabr 2018 13:21

Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha bir sənəd müzakirə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair" protokolun təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Komitə sədri Səməd Seyidov bildirib ki, bu protokol Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri" haqqında sazişin təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Milli.Az