"Huawei" yeni tanıtım videosu ilə dünyanın ən bahalı şirkəti olan "Apple"ı ələ salıb.
Milli.Az bildirir ki, "Huawei"nin yeni reklam çarxında "Apple"ın "home button" adlanan dairəsinin içərisində yerində sayan adamın oradan çıxaraq "Huawei"yə tərəf qaçması əks olunub.
Videoçarxda "bəzi şeyləri eyni saxladığınız üçün təşəkkür edirəm. Oktyabr ayında yeni modellə görüşərik" sözləri yazılıb.
Şirkət bununla iPhone-nin yeni məhsullarını "trollayıb". Belə ki, ötəniki iPhone X modeli ilə iki gün əvvəl təqdim olunan Xs arasında görünüşcə cüzi olsa belə fərq yoxdur.
Bəxtiyar Umarlı
Milli.Az