ABŞ “sözə baxmayan” ölkələri cəzalandıracaq

14 Sentyabr 2018 12:20

ABŞ energetika naziri Rik Perri bəyan edib ki, Vaşinqtonun "sözə baxmayan" ölkələri cəzalandırmaq hüququ var.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, o, bu fikirlərini rusiyalı həmkarı Aleksandr Novakla görüşündən sonra deyib.

"ABŞ sivil dünyanın üzvü kimi davranmayan ölkələri cəzalandıra bilər. Bunu etmək üçün çoxlu yollar var", - o deyib.

Perri sentyabrın 13-də verdiyi açıqlamada Vaşinqtonun Rusiya enerji sektoruna, eləcə də, "Cənub axını - 2" layihəsinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını deyib.

Milli.Az