Arxeoloqlar 800 yeni sərdabə aşkarlayıblar

14 Sentyabr 2018 22:16

Alabama Universitetinin Misirin Qədim Zamanlar üzrə Nazirliyi ilə birgə ekspedisiya qrupu Misirdə iki piramida arasında 802 yeni sərdabə aşkarlayıb.

Milli.Az "report"-a istinadən bildirir ki, aşkarlanan məqbərələr qaya daşlarından kəsilib. Onlar hələ qazıntılardan əvvəl talan edilib, ancaq indi də tarixi əhəmiyyət kəsb edir.

Qəbristanlıq iki hissədən ibarətdir. Onlardan biri açıq həyəti olan qapalı dəhlizdən ibarətdir. O, heroqlif yazısı olan balaca kamera ilə yekunlaşır. 

Sərdabələr klassik dövrə (eramızdan əvvəl 2040-1782 illər) aid edilir.

Milli.Az