Çiçəyə daha bir vəzifə verdilər

14 Sentyabr 2018 10:35

Tanınmış aparıcı Şəhla Vakkasa (Çiçək) Xəzər TV-də vəzifə verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, sözügedən kanalda proqramlar departamentinin baş redaktoru vəzifəsinə təyin olub.

Xatırladaq ki, Şəhla Vakkas, eyni zamanda, kanalın nəzdində fəaliyyət göstərən Araz FM-in rəhbəridir.

O, ötən sezon aktyor Müşfiq Şahverdiyevlə "O başdannan" proqramına aparıcılıq edib.

Milli.Az