ABŞ-da keçiriləcək ilk La Liqa oyununun məkanı və tarixi açıqlandı

14 Sentyabr 2018 10:17

İspaniya La Liqasının prezidenti Xavyer Tebas ABŞ-da keçiriləcək "Barselona" - "Jirona" matçının məkanını açıqlayıb.

Milli.Az xəbər verir ki, sözügedən oyun Mayamidə reallaşacaq. Qarşılaşma yanvarın 26-da baş tutacaq.

Beləliklə, tarixdə ilk dəfə La Liqa oyunu İspaniyadan kənarda keçiriləcək.

Qeyd edək ki, "Relevent Sports"la 15 illik müqavilə bağlayan La Liqa ABŞ və Kanadada bəzi oyunların keçiriləcəyilə bağlı razılıq əldə edib.

Milli.Az