Haker 24 dəfə cek-pot uddu, aradan çıxdı - FOTO

14 Sentyabr 2018 09:41

"DEOSGames" onlayn kazinosundakı boşluqlardan istifadə edən "runningsnail" nikli şaker 24 dəfə dalbadal cek-pota yiyələnib. Uduşları bank hesabına keçirəndən sonra kibercinayətkar platformanı tərk edib.

Milli.Az bildirir ki, bu barədə "DEOSGames"in Twitter-dəki rəsmi mikrobloqunda məlumat verilir.

Hakerin "runningsnail" nikli uçot qeydiyyatına nəzər saldıqda, bəlli olur ki, haker akkauntu hücumdan bir qədər əvvəl yaradıb. O, onlayn-kazinoya hücum nəticəsində EOS platformasının valyutası formasında 24 min dollar əldə edib.

Hər cek-pot 197 EOS idi.

Cinayətkar uduşunun böyük qismini hələlik platformadan çıxara bilməyib.

Milli.Az

We are back up and running with EOS game for last 6+ hours. Yesterday, we got a malicious contract exploit our contract. it is a good stress test and we got significant improvements on contract level. Keep doing what we do, remember we are still in beta!

- DEOSGames (@DEOS_Games) 10 сентября 2018 г.