Rianna kolleksiyasını göstərdi, hamilə model çılpaq yürüdü - FOTO

14 Sentyabr 2018 13:33

Əsl ad və soyadı Simona Tompson olan amerikalı model Slayk Vuds "Social Media Modeling" və ya "İnstagirl" hərəkatı kimi tanınan sosial şəbəkə axını sayəsində məşhurlaşıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 22 yaşlı model əslən Kot-d-İvuardan olan kanadalı model Adonis Bosso ilə qeyri-rəsmi nikahdadır.

Nəşə və tiryəkə xüsusi meyli, habelə biseksuallığı ilə tanınan Slayk Vuds dünən Nyu-Yorkdakı "New York Fashion Week" moda şousunda müğənni Riannaanın "Savage Fenty" brendinin yeni kolleksiyasının nümayişi zamanı podiumda idi.

Hamilə Slayk Vuds podiuma faktiki olaraq çılpaq çıxmışdı.

Milli.Az