Bəstəkar və müğənni təcavüzdə suçlanır - FOTO

14 Sentyabr 2018 09:59

Əsl ad və soyadı Ornits Jolomi Mettyu Soloman Uillyams olan britaniyalı bəstəkar, rəqqas, prodüser və şair Orits Uilyams həbs olunub.

Milli.Az The Sun-a istinadən bildirir ki, JLS qrupunun banisi və rəhbəri 2016-cı ildə İngiltərənin Vulverhempton şəhərində 20 yaşlı qıza təcavüzdə suçlanır.

Polisdən verilən məlumata görə, həmin qız şikayətlənərək "Gorgeous" otelində zorlandığını deyib.

2016-cı ildə, JLS-in yeni albomunun tanıtımı məqsədilə təşkil olunmuş turne çərçivəsində Vulverhemptonda verilmiş konsertdən sonra Orits Uilyams qrupun iki fanatını otelə dəvət edib.

Otel nömrəsində də o, 20 yaşlı qıza təcavüz edib.

Orits Uilyams ittihamları rədd edib.

Qrupun solisti Ceymin Naqadhan isə elə həmin il "Pamada Park Hall" otelində 19 yaşlı qızı zorlamaqda suçlanıb.

Uest-Midlends qraflığının polis idarəsi iki müğənniyə qarşı ittihamlar sürüldüyünü təsdiqləyib.

Milli.Az