Təyyarə məcburi eniş edib

14 Sentyabr 2018 08:53

"British Airways" aviaşirkətinin sərnişin təyyarəsi Kanadanın şimalında İkaluit şəhərində məcburi eniş edib.

Trend-in CTV telekanalına istinadən verdiyi məlumata əsasən, buna səbəb təyyarədə yaranan texniki səbəblər olub.

"Boeing 787-9 Dreamliner" təyyarəsi Londondan Kalgariya uçurdu. Qeyd olunur ki, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Təyyarənin göyərtəsində neçə nəfərin olduğu dəqiqləşdirilmir.

Milli.Az