ABŞ-da qasırğa ilə əlaqədar 1,6 mindən çox aviareys təxirə salınıb

14 Sentyabr 2018 08:51

ABŞ hava limanlarında "Florens" qasırğası ilə əlaqədar 1,6 mindən çox aviareys təxirə salınıb.

Trend-in "Flight Aware" portalına istinadən verdiyi məlumata əsasən, qasırğanın təsir göstərəcəyi regionlarda aviareyslər şənbə gününə kimi təxirə salınıb.

Şimali Karolina və Cənubi Karolina ştatlarında regional hava limanları bağlanıb. Gözlənilir ki, təxirə salınan reyslərin sayı artacaq.

Virciniya, Corciya, Merilend, Şimali Karolina və Cənubi Karolina ştatlarının və Vaşinqtonun hakimiyyəti qasırğanın yaxınlaşması ilə bağlı fövqəladə vəziyyət rejimi tətbiq edib.

Milli.Az