XİN: Rusiya Xəzərin dibi ilə magistral boru kəmərlərinin çəkilməsini planlaşdırmır

14 Sentyabr 2018 08:42

Rusiya Xəzər dənizinin dibi ilə magistral boru kəmərlərinin çəkilməsini planlaşdırmır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib.

"Əslində, Rusiya və digər sahilyanı ölkələrinin Xəzərin dibi ilə müxtəlif təyinatlı minlərlə kilometr boruları çəkilib. Bu cür texniki boruların sayı yalnız çoxalacaq. Magistral, transxəzər borulara gəlincə isə, onların çəkilməsi planlarımızda yoxdur", - deyə Bratçikov "Kommersant" qəzetinə müsahibəsində bildirib.

Milli.Az