Netanyahunun arzusu ürəyində qaldı, "Eurovision-2019"...

13 Sentyabr 2018 23:39

"Eurovision - 2019" mahnı müsabiqəsi mayın 14-dən 18-dək İsrailin Təl-Əviv şəhərində keçiriləcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İsrail tərəfi müsabiqənin keçirilməsi üçün üç şəhəri - Təl-Əviv, Yerusəlim və Eylat.

Nəticədə Təl-Əviv bütün lazımi meyarlar üzrə kreativ və cəlbedici hesab olunub.

Müsabiqənin yarımfinal mərhələləri 14-16 may, final mərhələsi isə 18 may tarixində keçiriləcək.

Təşkilatçıların sözlərinə görə, müsabiqənin biletləri ilin sonundan satışa çıxarılacaq.

Xatırladaq ki, bu ilin may ayında keçirilən "Eurovision-2018" yarışının qalibi İsrail təmsilçisi Netta Barzilay olub. Netta bununla ölkəsini dördüncü dəfə "Avroviziya" yarışlarında birinci yerə çıxarıb. Nettaya qədər sonuncu qalib İsrail təmsilçisi 1998-ci ildə "Diva" mahnısı ilə çıxış edən Dana İnterneyşnl (İnternational) olub.

İsrailin baş naziri Benyamin Netanyahu "Eurovision-2018"-un qalibi Netta Barzilayla görüşü zamanı bəyan etmişdi ki, növbəti "Avroviziya" yarışı Yerusəlimdə (Qüds) olacaq. Onun bu bəyanatı Qüdsü özünün müqəddəs şəhəri hesab edən müsəlman dünyasını qəzəbləndirmişdi.

Milli.Az