Tovuzda davada 21 yaşlı oğlanın qulağını kəsdilər

13 Sentyabr 2018 21:56

Tovuz rayonunda dava olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Alakol kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.

Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.

Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az