Tramp: Onlar bizə möhtacdır

13 Sentyabr 2018 21:43

ABŞ prezidenti Donald Tramp Çinin Vaşinqtonla ticarət anlaşmasına möhtac olduğunu bəyan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Tramp bu barədə özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, ABŞ Çinlə anlaşma məsələsində təzyiq altında deyil.

Tramp onu da bildirib ki, Çin bazarı hazırda dağılmaqdadır.

Milli.Az