Bu ölkədə vəba xəstəliyi insanlara qənim kəsilib

13 Sentyabr 2018 20:32

Nigerin cənubunda vəba xəstəliyi qurbanlarının sayı artmaqdadır. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu ölkənin Maradi əyalətində epidemiyadan artıq 55 nəfər ölüb. 

Bu il iyulun 5-dən sentyabrın 10-dək 2752 nəfərdə vəba xəstəliyinin əlamətləri aşkarlanıb. 

Xəstəliyə tutulanların əksəriyyəti qadınlardır. 

Milli.Az