Az kalorili qidalar zehni gücləndirir

13 Sentyabr 2018 22:35

Artıq miqdarda qəbul edilən kalorinin piylənmə ilə yanaşı, zehnin də zəifləməsinə zəmin yaratdığı məlum olub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Almaniyalı mütəxəssislərin apardıqları araşdırmalar bunu deməyə əsas verir. Belə ki, Münster Universitetinin alimləri 60 yaşlı insanlar arasında təcrübə aparıblar.

Təcrübə zamanı həmin şəxslər üç qrupa ayrılıb. Brinci qrupda olan insanlara tərkibində normal səviyyədə olan kalorili qidalar, ikinci qrupa daha çox kalorili qidalar verilib. Üçüncü qrup isə kalorisi çox az qidalar qəbul edib. Üç ay ərzində aparılmış araşdırmalardan bəlli olub ki, digər qruplara nisbətən üçüncü qrupun zehni fəaliyyəti daha da güclənib.

Milli.Az