Müdafiə naziri: "Türkiyə İdlibdəki vəziyyətdən narahatdır"

13 Sentyabr 2018 18:56

"Türkiyə Suriyanın İdlib şəhəri ətrafında yaranan vəziyyətdən narahatdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

H.Akarın sözlərinə görə, Türkiyə İdlibdəki böhranın həlli üçün İran və Rusiya ilə birgə işi davam etdirir.

Nazir İdlibdəki vəziyyəti ağır adlandırıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın İdlib böhranının siyasi yolla həllinin tərəfdarı olduğunu bildirmişdi.

Milli.Az