Abşeronda avtomobildən 10 min dollar oğurlayan şəxslər saxlanıldı

13 Sentyabr 2018 18:36

Abşeronda avtomobildən 10 min dollar oğurlayan şəxslər saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Abşeron rayon Polis idarəsinin əməkdaşları tərəfindən avqustun 17-də rayon ərazisindəki avtomobillərin birindən 10 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Kamal Quliyev və Sabirabad rayon sakini Cavidan Mahmudlu saxlanılıblar.

Milli.Az