Rihanna yeni brendini təqdim edib - FOTO

13 Sentyabr 2018 15:54

Dünya şöhrətli ifaçı Rihanna Nyu-York Moda Həftəsi çərçivəsində özünə aid kolleksiya dizayn edərək təqdimat keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Savage x Fenty" adlanan alt paltarlarının nümayiş olunduğu tədbirdə hamilə modellər diqqət çəkib.

Bundan başqa podiumda dünyaca məşhur super modellər Bella və Cici Hadid bacıları da olub.

Cəsur alt paltarlarının nümayişi sosial mediada çox bəyənilib və müzakirə olunub.

Milli.Az