Simeone: "Oğlumu heç vaxt transfer etmərəm"

13 Sentyabr 2018 15:05

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Fiorentina"dan çıxış edən oğlu Covanni Simeone haqda açıqlama verib.

Milli.Az qol.az-a istinadən bildirir ki, argentinalı mütəxəssis oğlunu heç vaxt öz komandasına transfer etməyi düşünmədiyini deyib: "Covanni yaxşı oyunçudur, amma onu heç vaxt transfer etmərəm. Oğlumla eyni paltardəyişmə otağında olmaq çox çətin olar. Çünki şəxsi həyatımızda problem yaşaya bilərik. 5-6 il ərzində daha yaxşı oynasa, bəlkə, mən "Atletiko"dan ayrıldıqdan sonra bura gələ bilər".

Qeyd edək ki, D.Simeonenin bu yay Covannini transfer etmək istədiyi, amma buna nail ola bilmədiyi iddia olunurdu.

Milli.Az