Şamaxıda ağır qəza: ölən və xəsarət alanlar var

13 Sentyabr 2018 14:19

Şamaxı rayonunda 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Şamaxı rayon ərazisində, Şamaxı-Piriqulu yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı minik maşını qarşıdan gələn "Nissan" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Nissan"ın sürücüsü hadisə yerində ölüb, sərnişini isə ağır xəsarət alıb. Toqquşma zamanı zərbənin gücündən digər maşında olan bir sərnişin də ağır xəsarət alıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırdan ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az