Putin: "Rusiya sülhsevər dövlətdir"

13 Sentyabr 2018 12:16

Rusiya sülhsevər dövlətdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Vostok" hərbi təlimlərində çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya Federasiyası sülhsevər dövlətdir: "Bizim təcavüzkar planlarımız yoxdur, ola da bilməz".

Prezidentin sözlərinə görə, "Vostok-2018" təlimləri göstərdi ki, Rusiya ordusu ciddi hərbi təhdidlərə qarşı dayana bilər.

Milli.Az