Kadırov Timatiyə dəstək oldu

13 Sentyabr 2018 11:58

Çeçenistan lideri Ramzan Kadırov Timati ləqəbli repçi Timur Yunisovu dəstəkləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kadırov dağıstanlılarla Rusiyanın məşhur repçiləri arasında yaranan gərginliyin sülhlə bitməsinin tərəfdarıdır. 

Hətta Timati rəsmi İnstaqram səhifəsində çeçen liderin videosunu paylşaraq "Kim başa düşməyibsə, başa düşəcək" şərhini yazıb. 

Kadırov  isə dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun Eqor Krid və Timatini təhqir etməsinə münasibət bildirib:

"Həbib "əsəbiləşir". Buna görə də onu başa düşmək olar. Amma Qafqazda turizm inkişaf etməlidir. Dağıstan sakinləri dostluq şəraitində yaşamalıdır".

Xatırladaq ki, Eqor Krid Maxaçqalada konsert verəcəyini açıqlamışdı. Lakin Dağıstan xalqı repçinin mentalitetlərinə uyğun biri olmadığını deyərək konserti boykot etmişdilər.  MMA döyüşçüsü Həbib Nurməhəmmədov da Eqoru və "Black Star" musiqi şirkətinin əməkaşlarını təhqir etmiş, onları kişi adlandırmamışdı. 

Bundan sonra həmin şirkətin digər üzvü Timati  ilə Həbib arasında böyük qalmaqal yaşanmışdı. 

Milli.Az