Türkiyədə ilin ən yaxşıları açıqlandı

13 Sentyabr 2018 11:13

Futbol üzrə Türkiyə Super Liqasında 2017/18 mövsümünün ən yaxşıları açıqlanıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası ötən mövsümün ən yaxşıları üçün təltifolunma mərasimi də təşkil edib.

Mərasimdə 9 müxtəlif kateqoriya üzrə qaliblər açıqlanıb:

İlin qapıçısı: Fernando Muslera (Qalatasaray)

İlin müdafiəçisi: Pepe (Beşiktaş)

İlin yarımmüdafəçisi: Əmrə Belözoğlu (Başakşəhər)

İlin hücumçusu: Bafetimbi Qomis (Qalatasaray)

İlin ən yaxşı Türkiyə təmsilçisi: Cengiz Ünder ("Roma", İtaliya)

İlin feyr-pley davranışı: Məhəmməd Dəmir (Sivasspor)

İlin baş məşqçisi: Fatih Terim (Qalatasaray)

İlin ən yaxşı qolu: Rikardo Kuaresma ("Beşiktaş", "Fənərbaxça" ilə matçda vurduğu qol)

İlin rəmzi komandası: Muslera - Mariano, Şkrtel, Pepe, Adriano - Əmrə Belözoğlu, Rodriges, Visça, Taliska, Burak Yılmaz, Qomis

Milli.Az