Türkiyədə yenə meşə yanır - Vertolyotlar səfərbər edildi

13 Sentyabr 2018 11:04

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunda meşədə yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi üçün operativ işlər aparılır, yanğınla mübarizəyə vertolyotlar da cəlb edilib.

Qeyd edək ki, Türkiyə ərazisinin 27,6 faizini meşələr təşkil edir.

Türkiyədə 1937-ci ildən 68 mindən çox meşə yanğını qeydə alınıb.

Milli.Az