Neftçalada ərəblərin tüfənglərini aldılar, 2000 manat cərimələdilər

13 Sentyabr 2018 10:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A. Almehemid, Nasser Saleh H. Alnuuayser, Fahad Sulaiman İ. Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

Milli.Az