Terri Rusiya klubuna keçməkdən imtina etdi

13 Sentyabr 2018 10:45

Con Terri Rusiyanın "Spartak" klubuna transfer olmaqdan imtina edib.

Milli.Az xəbər verir ki, 37 yaşlı müdafiəçi bu barədə özü məlumat verib:

"Uzun müddət düşündükdən sonra Moskva klubuna getməmək barədə qərar verdim. "Spartak"a təşəkkür edirəm və mövsümün qalan hissəsində onlara uğurlar arzulayıram. Peşəkarlıqlarına heyran qaldım. Ancaq ailəmlə görüşdən sonra Rusiyanın yaxşı seçim olmadığına qərar verdik. Uğurlar, "Spartak!""

Con Terri daha öncə "Qarabağ"ın Avropa Liqasındakı rəqibi Lissabon "Sportinq"inə keçməkdən imtina edib. Onun son klubu "Aston Villa" olub.

Milli.Az