Avropa və dünya çempionatları İspaniyada keçirilə bilər

13 Sentyabr 2018 10:42

İspaniya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün mübarizə aparacaq. 

Milli.Az report.az-a istinadən bildirir ki, İspaniyanın baş naziri Pedro Sançes, FİFA prezidenti Canni İnfantino və İspaniya Futbol Federasiyasının rəhbəri Luis Rubiales bu məsələni müzakirə etmək üçün bir araya gəliblər. 

Görüşdə, həmçinin 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının İspaniyada keçirilməsi məsələsinə də toxunulub.

Qeyd edək ki, 1964-cü ildə Avropa çempionatı, 1982-ci ildə isə Dünya çempionatı İspaniyada təşkil olunub.

Milli.Az