Putin Ermənistana gedəcək

13 Sentyabr 2018 09:32

Rusiya prezidenti Vladimir Putin Ermənistana rəsmi səfər edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskova istinadən "İzvestiya" qəzeti yazıb.

"Tarix razılaşdırılacaq", - deyə Peskov səfərin tarixi barədə sualı cavablandırarkən bildirib.

Milli.Az