Bakı-Quba yolunda zəncirvari qəza - FOTO

13 Sentyabr 2018 09:41

Səhər saatlarında Bakı-Quba yolunda yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Xırdalan-Masazır dairəsinin üzərindəki körpüdə "Mercedes" markalı avtomobil BMW-yə, digər "Mercedes" isə arxadan ona çırpılıb.

Hər 3 maşına ciddi ziyan dəyib. Hadisə yerinə sığorta və polis işçiləri cəlb olunublar.

Qəza nəticəsində yolda tıxac yaranıb. Hazırda DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir.

Milli.Az