Bəbəlidə yanğın baş verib

13 Sentyabr 2018 07:31

Xaçmaz rayonunun Bəbəli kəndində yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bəbəli kəndində bələdiyyəyə məxsus ərazidə 6 ha sahədə kol-kos, meşə ərazisində 1,5 ha sahədə kol-kos və ağaclar yanıb.

Meşə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Milli.Az