Türkiyədə yenə zəlzələ baş verib

13 Sentyabr 2018 07:41

Aralıq dənizinin Türkiyə sahillərində 5 kilometr dərinlikdə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin gücü 4,2 bal təşkil edib. Zəlzələdə hər hansı itkinin olmadığı bildirilir.

Xatırladaq ki, ötən gün Antalyada Döşəməaltında 4,8 bal, bu gün Qumlucada isə 5,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az