Türkiyə İsrailin sement bazarını çökdürə bilər

12 Sentyabr 2018 21:30

Türkiyə İsrailin sement bazarını çökdürə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, sementə olan ehtiyacını qarşılamaq üçün Türkiyədən idxala başlayacaq İsrail tərəfi öz daxili bazarında narazılığa səbəb olub. Belə ki, yerli istehsalçılar İsrailin Əmək Nazirliyinin qarşısında toplanaraq etiraz ediblər.

"Türkiyədən alınacaq sementin Türkiyədən başqa heç kimə faydası olmayacaq. Bundan minlərlə işçi - fəhlələr və ailələri təsirlənəcək", - aksiyaçılar bildirib.

Milli.Az