Filip Kirkorov tamaşaçıların qarşısına lasində çıxdı - FOTO

12 Sentyabr 2018 20:36

Rus estradasının kralı, Rusiyanın xalq artisti Filip Kirkorov konsert proqramı ilə çıxış edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 51 yaşlı sənətçinin tamaşaçılar qarşısına çıxdığı geyimi maraq doğurub.

Belə ki, yuxarı hissədən ciddi - köynək, qalstuk və zolaqlı pencək geyinən Filip, aşağı hissədən zolaqlı lasinlə təəccübləndirib.

Müğənninin tərzini görən sosial şəbəkə istifadəçiləri onu müzakirə ediblər. Onlar Kirkorovu deyil, onu geyindirən stilisti günahkar biliblər. 

Milli.Az