İranda hərbi helikopter qəzaya uğradı - 5 yaralı var

12 Sentyabr 2018 19:06

İranda hərbi helikopter Kereç yaxınlığındakı Melard qəsəbəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Milli.Az İran dövlet televiziyasına istinadən xəbər verir ki, İran Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb.

Texniki nasazlıqdan qəzaya uğradığı deyilən "Çinook" tipi helikopterdir.

Təhməz Təkin
Milli.Az