Nazir müavini: "Müsabiqə yolu ilə qəbulun aradan qaldırılması rus bölməsinə marağı artırıb"

12 Sentyabr 2018 19:04

Son 4 ildə həm rus, həm də Azərbaycan bölməsinə 1-ci sinfə şagirdlərin müsabiqə yolu ilə qəbulu aradan qaldırılıb. Bu da rus bölməsinə marağı artırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib.

M.Vəliyevanın sözlərinə görə, bu səbəbdən artıq rus dilini bilənlərlə yanaşı, bu dildə danışa bilməyənlər də məktəbə qəbul üçün müraciət edirlər:

"Nəticədə şagird sıxlığı yaranır. Bu, bizi narahat edir. Bu gün rus bölməsi üzrə 273 ibtidai sinif müəllimi çatışmır. Kadr çatışmazlığı ümumi orta və tam orta təhsil səviyyəsində daha çox hiss olunur. Kadr çatışmazlığı həllini tapmasa, rus bölməsi üzrə əlavə siniflərin açılması mümkün deyil. Rus bölməsi üzrə vakansiyaları tutmaq üçün namizədlər kifayət qədər bal toplaya bilmirlər".

Milli.Az