Cənubi Afrikada güclü qar yağıb

12 Sentyabr 2018 17:40

Cənubi Afrika Respublikasında güclü qar yağıb.

Milli.Az report-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Afrika qitəsinin tipik sakinlərinin - zürafələrin, antilopların, kərgədanların və fillərin qarla örtülü savannada gəzişdiyi anların şəkilləri yayılır.

Qar örtüyü bəzi yerlərdə 10 santimetrə çatıb.

Əlverişsiz hava ilə əlaqədar Şərqi Keyp əyalətinin avtomobil yollarında hərəkət müvəqqəti dayandırılıb.

Milli.Az