Budapeşt: "Cudit Sargentininin məruzəsi yalandır!"

12 Sentyabr 2018 23:45

Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar sessiyasının başlanmasına bir gün qalmış Macarıstan parlamentinin rəsmi nümayəndəsi Zoltan Kovaç jurnalistlər üçün brifinq təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kovaç Cudit Sargentininin hesabatını "başdan-ayağa yalan" adlandıraraq bəyan edib ki, "bunun əsl motivi qeyri-leqal miqrasiyaya münasibətdə bizim mövqeyimizdir" və "miqrantpərəst siyasi qruplar hər vasitə ilə çalışırlar ki, Macarıstanı məhkəməyə versinlər".

Kovaç əmindir: "Fransa prezidenti də daxil olmaqla bir sıra siyasi solçular Avropanı bu əlamət üzrə parçalamağa çalışırlar. Bu, Avropa layihəsinin xeyrinə olmayacaq".

Milli.Az