Tailandda hərbi patrula hücum - 2 ölü, 4 yaralı

12 Sentyabr 2018 18:36

Tailandın cənubundakı Pattani əyalətində silahlı şəxslər hərbi patrula hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbçi həlak olub, dörd nəfər isə yaralanıb.

Qeyd olunur ki, hərbçilər bölgədə patrul xidməti həyata keçirərkən onlara pusqu qurulub.

Silahlıların hadisə nəticəsində itki verib-vermədiyi məlum deyil.

Milli.Az