İnsulin hüceyrələrini bərpa edən dərman hazırlandı

14 Sentyabr 2018 22:59

Uelsdə alimlər mədəaltı vəzinin insulin hasil edən hüceyrələrini bərpa edən yeni dərmanı sınaqdan keçirirlər. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu dərman şəkərli diabetdən əziyyət çəkən xəstələrə ümumiyyətlə insulin inyeksiyalarından imtina etməyə kömək edə bilər.

Yeni preparatın hələlik adı yoxdur. 

Artıq iki xəstə bu dərmandan istifadə edib. Alimlər yaxın zamanlarda eksperimentin nəticərini dəyərləndirəcəklər.

Milli.Az