Kembric Universitetinin tələbələri soyundular - FOTO

14 Sentyabr 2018 12:43

Dünyanın ən məşhur və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Kembric Universitetinin bir qrup tələbəsi çılpaq pozalar verərək təqvimə çəkiliblər.

Milli.Az Daily Mail-ə istinadən bildiririr ki, 10 funt-sterlinqə satılacaq təqvimdən əldə ediləcək gəlirlərin hamısı 4 xeyriyyə fondunun hesablarına köçürüləcək.

Təqvimin təşkilatçılarından biri, riyyaziyyat fakültəsinin tələbəsi, Britaniyada "gənc dahi" sayılan Emma Til deyib: "Bu ideyanı reallaşdırmaqdan məmnunluq duyuruq. Lakin bəzi problemlər vardı. Məsələn, adamların seyrək olduğu vaxtda çəkilişlər aparmaq üçün sübh saatlarında müxtəlif yerlərə yollanmaq məcburiyyətində idi. Riyyaziyyat Körpüsündə kameralar qarşısında duranda bizi görən turistlər, yəqin ki, çox təəccübləndilər".

Təqvimə universitetin üzgüçülük komandasının üzvləri də çəkiliblər. Onlar Secvikdəki Elm Muzeyində kameraların önünə keçiblər.

Təqvim satışlarından əldə olunacaq vəsait bütünlüklə "Beat Eating Disorders", "Mary's Meals", "Papyrus" və "Cambridge Rape Crisis Center" xeyriyyə fondlarının hesablarına keçiriləcək.

Milli.Az