Sərnişinlər metro tunelində qaldı, aktrisa... - Bakıda

12 Sentyabr 2018 23:07

Bakı metrosunda sərnişinlər növbəti dəfə tuneldə qalıblar.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə aktrisa Mətanət Əhmədova (Eres) sosial şəbəkədə yazıb:

"Yenə qalmışıq metroda-tuneldə. Hamıdan su axır. "28 May" və "Nizami" stansiyalarının arasındayıq".

Qeyd edək ki, son aylarda oxşar hadisə bir neçə dəfə baş verib.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Ölkə.Az"-a açıqlamasında bildirib ki, qatar işıqforun icazəsini gözlədiyi üçün bir neçə saniyəlik dayanmalı olub:

"Öndə sınaq qatarı gedib. Təxminən 20-40 saniyə arasında qatar tuneldə işıqforun icazəsini gözləyib. Heç bir narahatçlıq yoxdur". 

Milli.Az